Abşeron rayonunda yerləşən "Qurtuluş 93" yaşayış kompleksində oğurluq hadisəsi olub.
Paralel.az Qaynarinfo-ya istinadən xəbər verir ki, kompleksdəki mənzillərin birindən 7080 manat, 900 ABŞ dolları, şəxsiyyət vəsiqələri, 150 manat dəyərində olan "IPphone-6" markalı mobil telefon, 150 manat dəyərində olan "Samsung" markalı mobil telefon, 400 manat dəyərində olan 585 əyarlı 6 qramlıq Rusiya qızıl boyunbağı, 700 manat dəyərində olan 750 əyarlı 8 qramlıq İtaliya istehsalı olan qadın qızıl qolbaq, 750 manat dəyərində olan 750 əyarlı təxminən 10 qramlıq İtaliya istehsalı olan bir cüt qızıl sırğa, 300 manat dəyərində olan bijuteriyalar oğurlanıb.
Ümumilikdə ev sahibinə 13 823 manat məbləğində xeyli miqdarda ziyan vurulub.
Mənzil sahibinin hüquq-mühafizə orqanlarına müraciətindən sonra hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanıb.
O, ifadəsində bildirib ki, binalardan birinin blokuna daxil olaraq, liftlə sonuncu mərtəbəyə, oradan da liftin şaxtasına çıxıb. Ətrafa baxdıqda binanın yuxarı mərtəbəsindəki mənzillərdən birinin pəncərəsindən evdə heç kimin olmadığına görüb. Bundan sonra o, mənzilin plastik materialdan olan pəncərəsini əli ilə sıxıb açaraq içəri daxil olub.
Cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs blanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 il 9 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.