AZ

Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib

Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib.

"Report"un məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Bir ailədən 5 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.

Zəhərlənən şəxslərin yaxınları dönər yedikdən sonra onların vəziyyətlərinin dəyişdiyini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
19
anews.az

10Mənbələr