AZ

NATO Hərbi Komitəsi Ukraynada Sülhə Dəstəyini Təsdiqlədi

NATO Hərbi Komitəsinin sədri, admiral Giuseppe Cavo Dragone, alyansın baş qərargah rəislərinin Ukraynada ədalətli, etibarlı və davamlı sülhə dəstəyini bir daha təsdiqlədiyini bildirib.

Editor.az xəbər verir ki, Dragone sosial media hesabında verdiyi açıqlamada qeyd edib ki, Vaşinqtonda ABŞ, NATO, Ukrayna və Avropa liderlərinin iştirakı ilə keçirilən görüşdən sonra NATO baş qərargah rəislərini onlayn formatda toplantıya toplayıb. Toplantını “möhtəşəm və səmimi müzakirə” adlandıran Dragone, NATO Müttəfiq Qüvvələri Avropa Ali Komandanı general Alexus Grynkewich-in də iştirak edərək alyansın təhlükəsizliyi ilə bağlı son vəziyyət barədə məlumat verdiyini bildirib.

Admiral Dragone əlavə edib: “Ukrayna ilə bağlı dəstəyimizi təsdiqlədik. Prioritetimiz ədalətli, etibarlı və davamlı sülhdür.”

Seçilən
19
editor.az

1Mənbələr