AZ

Azərbaycanda ilk yaşanır: Bu şəxslər də vergi ödəməli olacaqlar

Yenisabah portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda kriptovalyutadan gəlir əldə edən şəxslərlə bağlı yeni vergi öhdəliyi açıqlanıb. Qaydalara əsasən, kriptovalyuta ilə qazanc götürənlər fərdi sahibkar kimi VÖEN açmalı və 14 faiz dərəcəsində vergi ödəməlidirlər.

Mütəxəssislərin fikrincə, bu addım rəqəmsal bazarın leqallaşdırılması istiqamətində mühüm mərhələ hesab olunur.

Kriptovalyuta gəlirlərinə 14 faizlik verginin tətbiqi ölkədə bu bazarın inkişafına və investorların marağına necə təsir göstərəcək? pizza hut

Globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, hər hansı sahədə əldə olunan gəlirlər vergiyə cəlb edilmədikə, ora daha çox maraq göstərilir:

“Kriptovalyuta sahəsində isə investisiya fəaliyyəti və digər əməliyyatların vergiyə cəlb olunması zəruridir. Qısamüddətli dövrdə iştirakçı sayında müəyyən azalma müşahidə oluna bilər, lakin orta və uzunmüddətli dövrdə bu sahə digərləri kimi öz axarına düşəcək. İnsanlar investisiya qərarlarını vergidən çox gəlirin geri dönüş imkanlarına görə qəbul edirlər və bu sahədə də vəziyyət eyni olacaq. Vergiyə cəlb edilmə uzunmüddətli perspektivdə mənfi təsir göstərməyəcək.

Eyni zamanda, yalnız kriptovalyuta deyil, onlayn platformalar və rəqəmsal alətlərlə həyata keçirilən bütün fəaliyyətlərin vergiyə cəlb olunması zəruridir. Bu, həm dövlət gəlirlərinin artmasına, həm də bazarda şəffaflığın təmin olunmasına xidmət edəcək. Nəticədə investorlar daha etibarlı və nizamlı mühitdə fəaliyyət göstərə biləcəklər”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
4
yenisabah.az

5Mənbələr