Şəmkirdə qidadan kütləvi zəhərlənmə baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, rayon ərazisində 20 nəfərə yaxın şəxs qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onların dönərdən zəhərləndiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.