
ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyul iclasının protokollarına görə, əksər rəsmilər inflyasiya riskinin məşğulluq riskini üstələdiyini bildirib. Demək olar ki, bütün FED üzvləri faiz dərəcələrinin 4,25% ilə 4,5% arasında saxlanmasını təsdiqləyiblər.
FED 29-30 iyul tarixlərində keçirilən Federal Açıq Bazar Komitəsinin iclasının protokollarını açıqlayıb.
Sənədlərdə vurğulanır ki, əksər məmurlar inflyasiya riskini məşğulluq riskindən üstün tuturdular. Demək olar ki, bütün üzvlər siyasət dərəcəsinin cari səviyyədə saxlanmasının tərəfdarı idi.
Faiz dərəcəsi saxlanılıb, tarifə təsirlər müzakirə edilib
Protokollara görə, Fed üzvləri faiz dərəcələrini 4,25 ilə 4,50 arasında saxlamağa böyük ölçüdə razılıq veriblər. İclasda qeyd edilib ki, tariflərin malların qiymətinə təsirləri daha aydın görünür, lakin ümumi iqtisadiyyata və inflyasiyaya təsir hələ də tam reallaşmamışdır.
Tariflə bağlı qeyri-müəyyənliklər davam edir
İştirakçılar vurğuladılar ki, yüksək tariflərin inflyasiyaya təsirinin həm böyüklüyü, həm də davamlılığı barədə daha çox aydınlıq əldə etmək üçün vaxt lazımdır. Bu qiymətləndirmə FED daxilində iqtisadi siyasətlərin istiqaməti ilə bağlı davam edən qeyri-müəyyənliyi vurğuladı.
Qərar ilk dəfə iki fərqli səs toplayıb.
FED, bazar gözləntilərinə uyğun olaraq, iyul iclasında faiz dərəcələrini dəyişməz saxladı. Bununla belə, 1993-cü ildən bəri ilk dəfə iki FED üzvü qərara qarşı çıxdı və bu, idarə heyəti daxilində artan bölünmənin siqnalını verdi.