AZ

Ukrayna İranla vizasız gediş-gəliş memorandumunu ləğv etdi

Ukrayna Nazirlər Kabineti İranla diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəliş məsələləri üzrə qarşılıqlı anlaşma memorandumunu ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə hökumətin Ali Radada nümayəndəsi Taras Melniçuk öz Teleqram kanalında yazıb.

"15 mart 1993-cü ildə Kiyevdə imzalanmış Ukrayna hökuməti ilə İran İslam Respublikası hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında qarşılıqlı anlaşma memorandumu qüvvədən düşüb", - paylaşımda deyilir.

Seçilən
43
14
axar.az

10Mənbələr