AZ

Azərbaycanda orta məktəblərin sayı artıb

2024-2025-ci tədris ilinin əvvəlində ölkədə fəaliyyət göstərən dövlət və qeyri-dövlət ümumi təhsil müəssisələrinin sayı 4357 olub. Halbuki 2023-2024-cü tədris ilinin əvvəlində bu rəqəm 4422 olub. 

AzEdu.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu barədə məlumatlar Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” statistik məcmuəsində öz əksini tapıb.

Məlumata görə, onların 245-i ibtidai, 753-ü ümumi orta, 3342-sı tam orta, 17-si isə sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisəsidir.

Hesabat dövründə ümumi təhsil müəssisələrində oxuyanların sayı 1695,1 min nəfər təşkil edib. Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələrində isə 5,4 min şagird qeydiyyata alınıb.

Ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sayı isə 146,3 min nəfər olub.

Seçilən
17
1
azedu.az

2Mənbələr