AZ

Mett Deymon Kimmelin evində çətin anlar yaşayıb - Boğazında sümük qaldı və...

Teleaparıcı Cimmi Kimmel vaxtilə aktyor Mett Deymonu necə xilas etdiyindən bəhs edib.

Publika.az xəbər verir ki, o, bu barədə "Variety"yə müsahibəsində danışıb.

Kimmel Deymonun bir dəfə onun evində nahar etdiyini və bu zaman donuz qabırğası yeyərkən boğazında sümük qaldığını söyləyib.

Teleaparıcının sözlərinə görə, sümük parçası Deymonun boğazında düz bir saat yarım qalıb.

"Mən "onu xəstəxanaya çatdırmalıyıq" dedim, çünki evimdə bir şey olarsa, ömrümün sonuna qədər həbsdə qalacaqdım", - deyə aktyor etiraf edib.

O, daha sonra "YouTube"da həll yolu tapdıqlarını, aktyorun kiçik çörək loxmaları udaraq xilas olduğunu açıqlayıb.

Seçilən
61
41
publika.az

10Mənbələr