AZ

Yeddi ayda Azərbaycan üç ölkədən 350 milyon dollarlıq neft alıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 350,8 milyon ABŞ dolları dəyərində 727,7 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları idxal edilib.

Bu barədə Kommersant.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə sözügedən məhsulların Azərbaycana idxalında dəyər ifadəsində 203,8 milyon ABŞ dolları və ya 36,7%, həcm baxımından isə 253,7 min ton və ya 25,8% azalma qeydə alınıb.

Dövr ərzində Azərbaycana xam neft məhsulları Qazaxıstan, Rusiya və İraqdan idxal edilib. Belə ki, cari ilin ilk 6 ayında Qazaxıstandan 22,6 milyon ABŞ dolları dəyərində 41,8 min ton, Rusiyadan 328,1 milyon ABŞ dolları dəyərində 685,7 min ton, İraqdan isə 52 min ABŞ dolları dəyərində 141 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları alınıb.

Hesabat dövründə Azərbaycandan əks istiqamətlərə isə sözügedən neft məhsullarının ixracı qeydə alınmayıb.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan 18 ölkəyə 6,4 milyard ABŞ dolları dəyərində 12 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 602,8 milyon ABŞ dolları və ya 8,6% az, həcm ifadəsində isə 947,5 min ton və ya 8,5% çoxdur.

Seçilən
24
4
kommersant.az

10Mənbələr