AZ

Məxfi sənədlərlə Azərbaycana keçmək istəyən agent həbs edildi

Dağıstanda Azərbaycanla sərhəddə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən işə götürülən əcnəbi saxlanılıb. 

"Cebheinfo.az" unikal.az -a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhqiqat Xidməti  məlumat yayıb. 

Xüsusi xidmətin məlumatına görə, xarici ölkə vətəndaşı, 1989-cu il təvəllüdlü Rufullayev Yadulla Ramiz oğlu Rusiya-Azərbaycan dövlət sərhədininYaraq-Kazmalyar”sərhəd-keçid məntəqəsindən keçərkən saxlanılıb. 

O, Rusiya Hərbi-Sənaye Kompleksinin (MİK) əməkdaşından oğurlanmış məxfi sənədləri Ukraynaya göndərmək üçün qaçırırmış:

"O, Rusiya hərbi-sənaye kompleksinin məxfi daşıyıcılarından birinə hücum nəticəsində əldə edilmiş rəsmi materialların Rusiya ərazisindən çıxarılması əməliyyatını həyata keçirirdi".

Həmin şəxs etiraf edib ki, Rufullayevin qardaşı, Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşı, 1981-ci il təvəllüdlü Səbuhi Ramiz oğlunun göstərişi ilə sənədləri və mobil telefonu sonradan Ukraynaya çatdırmaq üçün Kurqan vilayətində gizləndiyi yerdən götürüb.

"Cebheinfo.az" 

Seçilən
38
5
cebheinfo.az

6Mənbələr