AZ

Generalın yerinə Ülvi Zülfüqarov rəis təyin edildi

Dövlət Gömrük Komitəsində yeni təyinat olub.

Demokrat.az-ın "Unikal"a istinadən məlumatına görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, gömrük xidməti polkovniki Ülvi Zülfüqarov Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi təyin edilib.

Bu təyinatadək Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb.

Ü.Zülfüqarov 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2016-cı ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Seçilən
28
19
demokrat.az

10Mənbələr