AZ

Son illərdə istifadəyə verilən bağça və məktəblərin SAYI

Azərbaycanda təhsil infrastrukturu genişlənir. Belə ki, son illərdə yüzlərlə məktəb və bağça istifadəyə verilib.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən aldığı məlumata əsasən, 1990–2024-cü illər ərzində Azərbaycanda məktəbəqədər və ümumi təhsil müəssisələrinin inşası və istifadəyə verilməsi istiqamətində ardıcıl addımlar atılıb. Hər il ölkədə minlərlə şagird və uşaq üçün yeni təhsil yerləri yaradılıb.

Məktəbəqədər təhsil müəssisələri 1990-cı ildə ölkədə 5 595 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bu göstəricidən sonra bəzi illərdə məlumat qeydə alınmasa da, 2005-ci ildə 53, 2010-cu ildə 1 010, 2015-ci ildə 2 292, 2020-ci ildə 520, 2021-ci ildə 610, 2022-ci ildə 1 010, 2023-cü ildə 240 yerlik bağçalar istifadəyə verilib. 2024-cü ildə isə yeni bağça istifadəyə verilməyib.

Ümumi təhsil müəssisələri 1990-cı ildə ölkədə 39 387 şagird yeri olan məktəblər istifadəyə verilib. Bu sahədə növbəti illərdə dalğavari artımlar müşahidə olunub. 1995-ci ildə 300, 2000-ci ildə 2 410, 2005-ci ildə 44 668, 2010-cu ildə 19 183, 2015-ci ildə 16 904, 2020-ci ildə 14 602, 2021-ci ildə 14 422, 2022-ci ildə 17 874, 2023-cü ildə 6 586, və 2024-cü ildə 12 552 yeni şagird yeri istifadəyə verilib.

Statistikası göstərir ki, 2005, 2010 və 2022-ci illərdə həm məktəbəqədər, həm də ümumi təhsil müəssisələri üzrə ciddi artımlar baş verib. Bu, ölkədə uşaqların keyfiyyətli təhsilə çıxış imkanlarının artırılmasına xidmət edən mühüm göstəricidir.

Seçilən
7
azedu.az

1Mənbələr