AZ

Rubio Avropa və Ukrayna ilə təhlükəsizlik təminatlarını müzakirə edəcək

ABŞ dövlət katibi Marko Rubio potensial təhlükəsizlik təminatlarını müzakirə etmək üçün Avropa ölkələri və Ukraynadan olan milli təhlükəsizlik müşavirləri ilə görüşməyi planlaşdırır.

Editor.az “The New York Times” -a istinadla xəbər verir.

Bildirib ki, görüş “həssas diplomatik danışıqların” bir hissəsi olacaq, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında potensial danışıqlar ərəfəsində təminatların ilkin parametrlərinin işlənib hazırlanmasına imkan verəcək.

Mənbə bildirib ki, nəzərdən keçirilən tədbirlərə Vaşinqtonun Avropanın başçılıq etdiyi əməliyyatlara havadan dəstək vermək öhdəliyi, həmçinin müttəfiqlərinə ABŞ kəşfiyyatı təqdim etmək öhdəliyi daxil ola bilər.

ABŞ-ın vitse-prezidenti J.D.Vansın sözlərinə görə, Vaşinqton nə tələb olunduğunu anlamadan Ukraynanın təhlükəsizliyinə zəmanət vermək üçün heç bir öhdəlik götürməyəcək.

//Gülnarə Abasova, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr