
89 yaşında amerikalı hakim Frenk Kaprio dünyasını dəyişib. Onun ölüm səbəbi mədəaltı vəzi xərçəngi olub.Kaprio bütün dünyada məhkəmə zalında verdiyi səmimi və insanpərvər qərarları ilə tanınıb. O, 38 il Rod-Aylend ştatının Providens şəhər məhkəməsində çalışıb, əsl şöhrətini isə “Caught in Providence” (“Providensdə yaxalananlar”) reallıq şousunda iştirakdan sonra qazanıb. Onun 2017-ci ildə yayılan videosu 15 milyondan çox baxış toplayaraq Kaprioni internet ulduzuna çevirib.2021-ci ilə qədər “Caught in Providence” kanalı YouTube-da təxminən 400 milyon baxış toplayıb və dörd dəfə “Emmi” mükafatına namizəd olub. Kaprionun sosial şəbəkələrdə 1,5 milyondan çox izləyicisi vardı.Onun ailəsi vida müraciətində yazıb: “Onun mirası, ilham verdiyi insanların yaxşı əməllərində yaşayacaq. Onun şərəfinə biz də dünyaya bir az daha çox şəfqət bəxş etməyə çalışacağıq — o, bunu hər gün etdiyi kimi.”Ulusum.az
Diqqət Çəkənlər
Makronun Fələstin addımı İsraildə narazılıq doğurdu
Ürək və çəkidə risk: Kərə yağını necə düzgün yeməli?
Fransanın “Ayaccio” klubu iflasla üz-üzə – məşq mərkəzi bağlanır