AZ

Coratda evdə yanğın olub

Ajans.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fərdi yaşayış evinin yardımçı tikilisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 180 m² olan yardımçı tikilinin təsərrüfat otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb. Yardımçı tikilinin qalan hissəsi və fərdi yaşayış evi yanğından mühafizə olunub.
Seçilən
12
17
Ajans.az

10Mənbələr