AZ

Zelenski Ukraynanın 3000 km mənzilli raketinin olduğunu açıqlayıb

Zelenski Ukraynanın 3000 km mənzilli raketinin olduğunu açıqlayıb

Ukraynanın 3000 km mənzilli “Flamingo” raketi var, lakin onun kütləvi istehsalına hələ bir neçə ay başlanılmayacaq.

AFN.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

“Bu, indiyədək əlimizdə olan ən uğurlu raketdir. O, 3000 km uçur, bu vacibdir”, - deyə o, jurnalistlərlə görüşündə şərh edib.

Zelenski əlavə edib ki, hələ ki, belə raketlər kifayət qədər deyil: “Bizim hələ yüzlərlə raketdən istifadə etmək imkanımız yoxdur. Dekabrda daha çox olacaq. Dekabrın sonunda və ya yanvar-fevralda isə kütləvi istehsal olmalıdır”.

Bundan əvvəl Ukrayna mediası raketin Britaniyanın FP-5 Milanion raketinə çox bənzədiyini və sınaqlardan uğurla keçdiyini xəbər vermişdi.

Seçilən
7
afn.az

1Mənbələr