AZ

DİN-dən onlayn falçılar haqda VACİB XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, son vaxtlar sosial şəbəkədə tarot falı baxmaq gənc qızlar arasında trendə çevrilib. Bəzi istifadəçilər 2-5-10 manat qarşılığında başqalarına kart falı təqdim edir. Azərbaycan qanunvericiliyində bu hal cinayət məsuliyyəti daşıyır. 

Bəs sözügedən əməlləri törədən şəxslərlə bağlı hüquq-mühafizə orqanları hansı tədbirləri həyata keçirir?

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli “Yeni Sabah”a bildirib ki, sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq” və digər adlar altında şirnikləndirici paylaşımlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır: Marqarita pizza

“Bu kimi hallarda özünü “falçı” və “baxıcı” kimi təqdim edən şəxslərin vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirməsi və məsuliyyətdən yayınmaq üçün həmin şəxslərin hesablarını sonradan bloklaması müşahidə olunur.

Vətəndaşlardan mənimsənilən pul vəsaitlərinin miqdarından asılı olaraq hal barəsində inzibati və yaxud cinayət icraatı açılır. 

Bir daha sosial şəbəkə istifadəçilərinə diqqətli olmağı, bu tipli paylaşımlar edən səhifələrə heç bir halda ödəniş etməməyi və şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmamağı tövsiyə edirik”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
41
1
yenisabah.az

2Mənbələr