AZ

BDU-nun 5 məzunu Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin doktoranturasında təhsil alacaq

Bakı Dövlət Universitetinin (BDU) 5 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2025/2026-cı tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin doktoranturasında təhsil alacaq. 
“İki sahil” xəbər verir ki, BDU məzunu Xədicə Axundova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının London Queen Mary Universitetində “Tibb mühəndisliyi”, Zöhrab Əliyev Qlazqo Universitetində “Yer elmləri”, Samirə İsmayılova Bristol Universitetində “Kimya”, Edqar Şahbazov Mançester Universitetində “Molekulyar biologiya”, Natiq Xamedov Türkiyənin İstanbul Universitetində “Kimya” ixtisasları üzrə təhsil almaq hüququ qazanıb. 
Məzunlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində 2025/2026-cı tədris ili üzrə ümumilikdə 19 gənc dünyanın nüfuzlu universitetlərində doktorantura təhsili alacaq.

Seçilən
0
3
ikisahil.az

4Mənbələr