AZ

Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - YENİLƏNİB



Avqustun 21-də paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Sabunçu rayon prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı 1979-cu il təvəllüdlü İlham Məmmədovun gecə saatlarında birgə yaşadıqları evdə arvadı 1988-ci il təvəllüdlü Gülnaz Məmmədovaya kəsici-deşici alətlə xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

***

15:09

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Ucar rayonunun Qazıqumlaq kənd sakini, 1979-cu il təvəllüdlü İlham Həmid oğlu Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Gülnaz İlham qızı Məmmədovanı bıçaqla qətlə yetirib. Daha sonra özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
17
13
apa.az

10Mənbələr