AZ

“Qarabağ”dan ayrılan futbolçu Azərbaycan klublarına “qiymət oxudu”

“Turan Tovuz”un “Qarabağ”dan ayrılan Marko Veşoviçlə maraqlandığından xəbərdarsınız. Tovuz klubu ilə futbolçu arasında davam edən danışıqlar müsbət nəticələnməyib.

Daha öncə də yazdığımız kimi, Veşoviçin Azərbaycan klubuna keçmə ehtimalı xeyli azdır.

Əldə etdiyimiz daha bir məlumata görə isə “Neftçi” də oyunçunun xidmətində maraqlı olub. Ancaq Marko “ağ-qaralar”dan elə bir maaş tələb edib ki, danışıqlar başlamadan bitib. Paytaxt klubu oyunçunun istədiyi əmək haqqını qarşılaya bilməyib.

Monteneqrolu oyunçunun “Turan Tovuz”la da anlaşa bilməməsinin səbəbi yüksək  ehtimalla maddiyatdır. Rəhbərliyin təklifi futbolçunu qane etmədiyi üçün danışıqlar nəticələnə bilmir.

İdmanxeber.az

Seçilən
17
1
idmanxeber.az

2Mənbələr