UEFA Konfrans Liqasının pley-off mərhələsində bu gün keçiriləcək 2 oyunu azərbaycanlı hakimlər idarə edəcək. 

Offsideplus.az xəbər verir ki, Əliyar Ağayev “Polissya” (Ukrayna) – “Fiorentina” (İtaliya) matçının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Kamal Umudlu dördüncü hakim funksiyasını görəcək.

Elçin Məsiyev isə  “Çelye” (Sloveniya) - “Banik” (Çexiya) qarşılaşması idarə edəcək. Ona Elşad Abdullayev və Pərvin Talıbov yardım göstərəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.