AZ

Bu ölkədə vəba QEYDƏ ALINDI

ABŞ-ın Kaliforniya ştatında bir nəfər düşərgədə birə sancmasından sonra vəbaya tutulub.

News24.az xəbər verir ki, hadisə Tahoe gölü ətrafında baş verib. Ərazidəki səhiyyə idarəsindən xəstənin evdə müalicə aldığını və vəziyyətinin sabit olduğunu açıqlayıb.

Mütəxəssislər bildirirlər ki, vəba Kaliforniyanın bir çox bölgəsində, xüsusə gəmiricilərin yaşadığı dağlıq ərazilərdə daha çox müşahidə olunur. Xəstəlik adətən birə sancması və ya yoluxmuş heyvanlarla təmas nəticəsində yayılır. ABŞ-da hər il orta hesabla 7 vəba hadisəsi qeydə alınır. Səlahiyyətli şəxslər insanlara və ev heyvanlarına açıq havada ehtiyatlı olmağı tövsiyə edirlər.

Xeyrənsə Piriyeva

Seçilən
97
1
news24.az

2Mənbələr