AZ

Ağcabədidə qazdoldurma məntəqəsində partlayış: yaralılar var

Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində partlayış olub.

Axar.az Report-a istinadə məlumata görə, hadisə Mingəçevir - Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində fəaliyyət göstərən maye qaz doldurma məntəqəsində qeydə alınıb. Partlayış zamanı 3 nəfər; Samir Hüseyn oğlu Şükürov, Ruslan İslam oğlu Qurbanov və Samir Ramil oğlu Şükürov müxtəlif dərəcəli xəsarət alıbla.

Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlardan biri reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
66
17
axar.az

10Mənbələr