“Polşa karyerası mənə nə verdi? Təcrübə deyərdim”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan“ın müdafiəçisi Rahil Məmmədov deyib.
Yaxınlarda “ağ-qaralar“la birillik müqavilə imzalayan millinin oyunçusu bildirib ki, Ekstraklassada futbol daha sürətli və atletikdir:
“Polşada olanda da Premyer Liqanı diqqətdə saxlayırdım.
Deyərdim ki, çempionatımızın səviyyəsi yüksəlib, komandalar arasında rəqabət artıb. Bu da legionerlərin sayının çoxalmasıyla bağlıdır“.
Rahil 2024-cü ilin əvvəlində “Qarabağ“dan “LKS-Lodz“a keçib. Ötən ilin yayında isə Polşada klubunu dəyişib, “Radomyak“la anlaşıb.
O, burada əsas heyətə düşməyə çətinlik çəkdiyi üçün müqaviləni qarşılıqlı razılıq əsasında pozub və “Araz“a gəlib.