AZ

Zamiq Əliyevin komandası yeni mövsümə məğlubiyyətlə başladı

Azərbaycan millisinin mərkəz müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, bu gün Albaniya çempionatının 2025/2026-cı illər mövsümünə start verilib.

Yeni mövsümün açılış matçında ötən mövsümün qalibi olmuş “Eqnatiya” səfərdə “Vlajniya” ilə qarşılaşıb. Azərbaycanlı futbolçu bu oyundan 0:2 hesablı məğlubiyyətlə ayrılıb. Əliyev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 48 oyuna çıxıb, 1 qola imza atıb.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Seçilən
19
1
arena.az

10Mənbələr