AZ

Çox tez yuxuya getmək də təhlükəli ola bilər

ain.az, Yeniavaz saytına istinadən bildirir.

“Çarpayıya uzanan kimi yuxuya getmək normal deyil”.

Yeniavaz.com xəbər verir ki, bunu terapevt və yuxu mütəxəssisi Sita Şah “Metro”ya müsahibəsində danışıb. 

Həkim bildirib ki, normalda insanın yuxuya getməsi üçün 10-20 dəqiqə vaxt lazımdır:

“Daha uzun çəkərsə, bu, yuxusuzluq əlamətlərindən xəbər verə bilər. Ancaq başın yastığa dəyən kimi yuxuya getmək də normal hal deyil. Dərhal yuxuya gedənlər ehtiyatlı olmalıdırlar, çünki bu, yuxusuzluqdan, çox işləməkdən və tükənməyə qədər işləməkdən xəbər verə bilər”.

Şah qeyd edib ki, hər iki istiqamətdə normadan kənarlaşma əksər hallarda həkimlərin köməyi olmadan uğurla düzəldilə bilər. Bunu etmək üçün bir iş rejimi qurmalı, stressi idarə etməyi öyrənməli, sakit və qaranlıq bir yuxu yeri təşkil etməli və həddindən artıq işdən çəkinməlisiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
yeniavaz.com

2Mənbələr