AZ

“Haqqımda pis sözlər deyəcəklərini bilirəm”

"Çarlz Oliveyra əsl əfsanədir.

Onunla Rio-de-Janeyroda üz-üzə gəlmək inanılmazdır".

Sportinfo.az xəbər verir ki, bunu azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev "House of Fight"a müsahibəsində Çarlz Oliveyra ilə qarşıdakı görüşü ilə bağlı danışarkən deyib.

32 yaşlı idmançı braziliyalının tərəfdarı olduğunu açıqlayıb:

"Onun döyüşlərini tez-tez izləyirəm. Çarlz çempion olanda da sevinmişdim.

Onunla döyüşmək şansı mənim üçün ciddi motivasiyadır. Braziliyada yerli azarkeşlərin haqqımda pis sözlər deyəcəklərini bilirəm.

Mənə zirvəyə çatmaq fürsəti verilib, bunu qaçıra bilmərəm. Oliveyra üzərində qələbə kəmər uğrunda mübarizəyə yaxınlaşmaq deməkdir. Bu, mənim milyonda bir şansımdır”.

Rafael Fiziyevlə Çarlz Oliveyra oktyabrın 12-də Braziliyada keçiriləcək UFC turnirində üz-üzə gələcəklər.

Seçilən
13
sportinfo.az

1Mənbələr