AZ

SOCAR-ın prezidenti CC7 nümayəndə heyəti ilə əməkdaşlıq imkanlarını MÜZAKİRƏ ETDİ - FOTO

Avqustun 21-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin Milli Kimya Mühəndisliyi və İnşaat Korporasiyasının (CC7) İdarə Heyətinin sədri Long Haiyangın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-ın mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, görüşdə qurumun enerji sektoru üzrə fəaliyyət istiqamətləri, Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi strateji layihələr barədə məlumat verilib.

Azərbaycan və üçüncü ölkələrdə neft və neft-kimya sənayesi sahəsində mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, CC7 Çinin ən böyük EPC podratçılarından biri olan CNCEC-in törəmə şirkətidir.

1964-cü ildə əsası qoyulmuş və baş ofisi Çenqdu şəhərində yerləşən CC7 Asiya, Yaxın Şərq və Afrikada kimya və qeyri-kimya sektorlarında fəaliyyət göstərir.


Bizim.Media

Seçilən
39
17
bizim.media

10Mənbələr