AZ

Böyük Britaniyanın üçüncü ən iri polad zavodu iflas edib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

London, 22 avqust, AZƏRTAC

Böyük Britaniyanın üçüncü ən böyük polad istehsal müəssisəsi “Speciality Steel” hökumətin nəzarətinə keçib.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, bu addım 1450 iş yerinin qorunması məqsədilə atılıb.

Ali Məhkəmə açıqlamasında zavodun məcburi ləğv prosesinə cəlb edildiyini təsdiqləyib. “Speciality Steel” əvvəllər Sanciv Guptanın “Liberty Steel” şirkətinə daxil idi. Müəssisənin Roterham və Stoksbriçdə yerləşən zavodları rəsmi qəyyumun və “Teneo” məsləhət şirkətinin xüsusi menecerlərinin idarəsinə veriləcək.

Hökumət bildirib ki, yeni alıcı tapılana qədər zavodun fəaliyyətini davam etdirməsi üçün əməkhaqları və cari xərclər dövlət tərəfindən ödəniləcək.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
2
azertag.az

3Mənbələr