AZ

Yaponiya sahillərində 5,7 maqnitudada zəlzələ baş verib

Yaponiyanın Honsü adası sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 117 min insanın yaşadığı İsinomaki şəhərindən 76 km şimal-şərqdə olub. Zəlzələ ocağı 50 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Seçilən
35
8
report.az

10Mənbələr