AZ

Si Cinpin ŞƏT-in Zirvə toplantısında üzv ölkələrin liderlərinə ziyafət verəcək

Çinin Sədri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) qarşıdan gələn sammiti zamanı üzv ölkələrin liderlərinə qarşılanma ziyafəti verəcək.

"Report"un xəbərinə görə, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda qeyd edilir ki, Si Cinpin ŞƏT Dövlət Başçıları Şurasının 25-ci iclasına və “ŞƏT Plus” iclasına sədrlik edəcək. Çin lideri əsas nitqlə çıxış etməyi planlaşdırır.

Qeyd edək ki, ŞƏT sammiti avqustun 31-dən sentyabrın 1-dək Tyantszin şəhərində (Şimali Çin) keçiriləcək.

Seçilən
23
1
report.az

10Mənbələr