AZ

Hansı ölkələr dərmana çox pul xərcləyirlər?

Əczaçılıq xərcləri dünya miqyasında əhəmiyyətli dərəcədə dəyişir, bəzi ölkələr vətəndaşlarına dərman əldə etmək üçün adambaşına çoxlu pul xərcləyirlər. Bəs ən çox hansı ölkələr pul xərcləyir?

Bu yazıda siz İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) əsaslanan məlumatlarla tanış ola bilərsiniz. Qeyd etmək lazımdır ki, bu məlumatların bəziləri yalnız 2022-ci ilə qədərdir.

Lüksemburq

Lüksemburq səhiyyə və dərmanların əlçatanlığına böyük sərmayə qoyan ölkədir. Bu Avropa ölkəsi adambaşına 706 dollar xərcləyir.

Yunanıstan

Əczaçılıq xərclərinin əksəriyyəti Yunanıstan hökuməti tərəfindən ödənilir. Ölkə tənəffüs xəstəlikləri və xərçənglə bağlı müalicələrə çox pul xərcləyir.

İtaliya

İtaliya adambaşına 748 dollarlıq əczaçılıq xərcləri ilə 8-ci yerdədir.

Avstriya

Təkcə 2022-ci ildə ölkədə əczaçılıq satışı təxminən 8,6 milyard dollara çatıb. Avstriyanın əczaçılıq məhsullarının ixracı 13,2 milyard dollar təşkil edib.

Fransa

Fransa əczaçılıq məhsullarına ən çox pul xərcləyən ölkələrdən biridir. Ölkənin adambaşına xərcləri 766 dollardır.

İsveçrə

İsveçrə əczaçılıq sənayesində 47000-dən çox insan çalışır və təxminən 63000 fərd əlaqədar vəzifələrdə çalışır.

Cənubi Koreya

Cənubi Koreya dünyada adambaşına düşən ən yüksək əczaçılıq xərclərinə malikdir və bu, təxminən 803 dollardır.

Ölkənin əczaçılıq sənayesi daha çox yerli istehsalçılardan asılıdır və tədarükünün təxminən 80%-i yerli mənbələrdən təmin edilir.

Kanada

Kanada adambaşına ən çox əczaçılıq xərclərinin olduğu ölkələr siyahısında 914 dollarla 3-cü yerdədir.

Xərclər vilayətlər arasında əhəmiyyətli dərəcədə fərqlidir. Təkcə Ontarioda 2023-cü ildə adambaşına təxminən 1259 Kanada dolları xərclənib.

Almaniya

Adambaşına dərmana ən çox pul xərcləyən ölkələrə gəldikdə, bu Avropa ölkəsi ikinci yerdədir- 1042 dollar.

Təkcə 2021-ci ildə Almaniyanın ümumi səhiyyə xərcləri 474,1 milyard avro (təxminən 520,01 milyard dollar) təşkil edib ki, bu da adambaşına 5699 avro təşkil edir.

Amerika Birləşmiş Ştatları

ABŞ dərmana ən çox pul xərcləyən ölkədir. Ölkənin adambaşına düşən əczaçılıq xərcləri 1432 dollardır.

Reseptli dərmanlara adambaşına xərclər əhəmiyyətli dərəcədə artaraq 1980-ci ildəki göstəricidən- 140 dollardan 2018-ci ildə 1073 dollara yüksəlib.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
11
ikisahil.az

1Mənbələr