AZ

Silahlılar helikopteri vurdu, 8 polis həlak oldu

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kolumbiyanın şimalında Mərkəzi Komandanlıq silahlı qrupunun üzvləri tərəfindən helikopterin vurulması nəticəsində 8 polis əməkdaşı həlak olub, daha 8-i yaralanıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident Qustavo Petro bildirib.

"Amalfi bələdiyyəsində tapşırığı yerinə yetirmək üçün şəxsi heyəti daşıyan helikopterdə olan səkkiz polis əməkdaşının həlak olması barədə təəssüflə sizə xəbər veririk. Səkkiz polis əməkdaşı yaralanıb", - o, X-də yazıb.

Prezidentin sözlərinə görə, helikopterin qəzaya uğramasına görə məsuliyyəti Antiokiya departamentində fəaliyyət göstərən "Mərkəzi Komandanlığ"ın 36-cı cəbhəsi daşıyır. Regionun qubernatoru Andres Julianın verdiyi məlumata görə, təyyarə pilotsuz təyyarə ilə vurulub.

Ağarza Elçinoğlu 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
3
unikal.az

4Mənbələr