AZ

Qanunsuz saxlanılan silah sursatın aşkarlanması istiqamətində tədbirlər davam etdirilir

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 22 avqust, AZƏRTAC

Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlərI davam etdirirlər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 4 qumbara, 4 alışdırıcı, 3 tüfəng, 3 patron darağı və 154 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
115
5
azertag.az

10Mənbələr