AZ

Sabirabadda yanğın törədən məsuliyyətə cəlb edilib

Avqustun 21-də Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü  Orxan Yordanidze tərəfindən törədildiyi məlum olub. 

Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb. 

Əməli törədən O.Yordanidze barəsində məsuliyyət tədbiri görülüb.

P.ƏMİRCANOV
XQ

Seçilən
57
38
xalqqazeti.az

10Mənbələr