AZ

Ağdamda qazanxana kompleksinin tikintisi ilə bağlı 1 milyon manatlıq işlərə başlanılır

Bakı. Trend:

Ağdam şəhərinin 2 nömrəli yaşayış massivinin Qazanxanakompleksinin tikintisi və quraşdırılması işlərinə startverilir.

Trend-inməlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə yekunvurub.

Dövlət xidməti sözügedən işlərin icrasını “Az Technocon Group”Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqaviləbağlayıb.

Müqaviləyə əsasən, şirkətə 1 035 197 manat ödənilib.

İşlərin həvalə olunduğu “Az Technocon Group” MMC 2020-ci ildədövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olanMMC-nin qanuni təmsilçisi Acalov Elşad Ağakişi oğludur.

Məqalədə:
Seçilən
27
1
az.trend.az

2Mənbələr