Beynəlxalq Kempo Federasiyasının texniki direktoru Rauf İbrahimova ağır itki üz verib.
Day.Az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, onun oğlu - Ukrayna Kempo-Kenpo Federasiyasının prezidenti Toğrul İbrahimli dünyasını dəyişib.
Saytımızın əldə etdiyi etdiyi məlumata görə, T.İbrahimli pəncərədən yıxılaraq dünyasını dəyişib.
Qeyd edək ki, Toğril İbrahimli uzun illər kempo idman növü ilə məşğul olub. Bu illərdə beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəklərdə dalğalandırıb.
Toğrulun atası Rauf İbrahimov isə Azərbaycan Kempo Federasiyasının prezidenti olub. 2010-cu ildə beynəlxalq federasiya onu Azərbaycanda səlahiyyətli nümayəndəi təyin edib.
Bundan başqa, üçqat dünya çempionu, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi Rauf İbrahimov "Toğrul" idman klubunun yaradıcısı idi.
Onu da bildirək ki, Rauf İbrahimov və Toğril İbrahimli son illərdə Ukraynada yaşayıblar.