AZ

PTX mayorunun ölüm səbəbi məlum oldu

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) zabiti, mayor Erkin Ələkbərovun ölüm səbəbi məlum olub. 

"Unikal"ın əldə etdiyi məlumata görə, 36 yaşlı mayor xidməti vəzifəsini yerinə yetirərkən ürəktutmadan vəfat edib. 

Məlum olub ki, E.Ələkbərovun atası da 48 yaşında eyni səbəbdən dünyasını dəyişib. 

Onun 5 yaşında qızı və 1 yaşında oğlu var. 

Qeyd edək ki, Erkin Ələkbərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb, daha sonra Milli Qvardiyada xidmət edib.

Ağarza Elçinoğlu 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
7
unikal.az

10Mənbələr