AZ

Aşağı Güzdək qəsəbəsində boya zavodunda yanğın məhdudlaşdırılıb- FOTO - YENİLƏNİB-3 - VİDEO

Aşağı Güzdək qəsəbəsində boya zavodunda baş verən yanğın məhdudaşdırılıb.

APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində işlər görülür.

***

12.38

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə APA-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğının söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir.

Havanın güclü küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

***

12:13

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

12.08

Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən boya istehsalı zavodunda yanğının söndürülməsi üçün tədbirlər görülür.

APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğının söndürülməsi istiqamətində tədbirləri davam etdirirlər.

***

11.06

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən boya istehsalı müəssisəsində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib. Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı Aşağı
Seçilən
72
16
apa.az

10Mənbələr