AZ

Britaniya altı ədəd zenit-raket kompleksi alacaq

Böyük Britaniya 118 milyon funt sterlinq dəyərində “Land Ceptor” zenit-raket komplekslərini (ZRK) alır.
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
 
"Bu gün Müdafiə Nazirliyi altı yeni “Land Ceptor” zenit-raket kompleksi əldə etməklə Böyük Britaniyanın hava hücumundan müdafiəsini gücləndirəcəyini elan edib. 118 milyon funt sterlinq dəyərində alış ölkənin şimal-qərbində yeni iş yerlərinin açılmasını və inkişafı təmin edəcək", - məlumatda bildirilir.
 
Komplekslərin tədarükçüsü MBDA şirkəti olacaq. Komplekslər həm müstəqil şəkildə, həm də Böyük Britaniyanın “Sky Sabre” hava hücumundan müdafiə sisteminin komponenti kimi istifadə edilə bilər.
 
Seçilən
9
3
moderator.az

4Mənbələr