AZ

Şimali Koreya lideri Rusiyada ölən hərbçilərə görəGÖZ YAŞI TÖKDÜ

Şimali Koreya lideri Kim Çen In Rusiya ilə bərabər döyüşlərdə həlak olan əsgərlər üçün Pxenyanda keçirilən mərasimdə iştirak edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Kim Çen In həlak olanların fotolarına ordenlər taxıb, ailələri ilə görüşərək göz yaşları içində onlara başsağlığı verib. “Qəlbim ağrıyır ki, bu qəhrəman oğulları yalnız şəkillərdə görə bilirəm”, – deyə o bildirib.

 

Mərasimdə Rusiya tərəfdə döyüşüb geri qayıdan əsgərlər də təltif olunub və onların şərəfinə ziyafət təşkil edilib. 

 

Qərb kəşfiyyatının məlumatına görə, hazırda Rusiyada təxminən 12 min Şimali Koreyalı hərbçi var və Pxenyan yaxın aylarda bu sayın üç dəfə artırılmasını planlaşdırır. İlk göndərilən qüvvələrdən minlərlə əsgərin öldüyü və yaralandığı bildirilir.

Seçilən
22
3
senzor.az

10Mənbələr