AZ

Ümumi təhsil müəssisələrində müəllimlərin sayı getdikcə azalır

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin sayında son illərdə azalma müşahidə olunur.

Herbiand.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2022/2023-cü tədris ilində ümumilikdə 151 634 müəllim fəaliyyət göstərirdisə, 2023/2024-cü ildə bu göstərici 150 868 nəfərə düşüb. 2024/2025-ci tədris ilinin əvvəlində isə müəllimlərin sayı daha da azalaraq 146 381 nəfər olub.

Cins bölgüsünə nəzər salsaq, qadın müəllimlərin sayında azalma daha kəskin hiss olunur. Belə ki, 2022/2023-cü ildə 124 293 nəfər qadın müəllim çalışırdısa, 2023/2024-cü ildə bu rəqəm 124 840 nəfərə yüksəlib, lakin 2024/2025-ci ildə 120 633 nəfərə enib.

Kişi müəllimlərin sayında da azalma qeydə alınıb. 2022/2023-cü ildə 27 341 kişi müəllim olduğu halda, bu göstərici 2023/2024-cü ildə 26 028 nəfərə, 2024/2025-ci ildə isə 25 748 nəfərə enib.

Beləliklə, son üç tədris ili ərzində ümumi təhsil müəssisələrində həm qadın, həm də kişi müəllimlərin sayında azalma müşahidə olunur.

Seçilən
22
4
herbiand.az

5Mənbələr