AZ

FHN hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın18-i gündüzədək ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi,temperaturun xeyli enəcəyi və güclü külək əsəcəyiproqnozlaşdırılır.

Trend-inməlumatına görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyəmüraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyəçağırır.

Qeyd edilib ki, güclü külək zamanı yüngül konstruksiyalı vəmüvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq,elektrik dirəyi və naqillərinin, hündür ağacların altındadayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verənyanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərəalaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarınaxüsusilə ciddi riayət edilməlidir.

Bundan əlavə, soyuq və yağıntılı hava şəraiti qaz və elektrikqızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Buzaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelənasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz vəelektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınlanəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki,nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcıcihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıqyüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsizqoyulmamalı, bunların bilavasitə yaxınlığında yanar materiallar vəasan alışan mayelər saxlamamalı, cihazlardan zavodistehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadəedilməlidir: "Unutmayın: Qaydalara biganəlik – həyatımızatəhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!".

Seçilən
205
49
az.trend.az

7Mənbələr