AZ

Qəzzada ilk dəfə rəsmən aclıq elan edilib

BMT-nin İnteqrasiya Edilmiş Ərzaq Təhlükəsizliyi Faza Təsnifatı (IPC) təşəbbüsü ilk dəfə rəsmi olaraq Qəzada aclıq elan edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"  BBC-yə istinadən məlumat verir.

IPC təsnifatı faza 5-ə yüksəldib ki, bu da kəskin ərzaq çatışmazlığı şkalasının ən yüksək səviyyəsidir.

Bəyanatda sentyabrın sonunadək Qəzzada vəziyyətin "fəlakətli" olacağı bildirilir.

Həmçinin qeyd olunub ki, gələn ilin iyun ayına qədər Qəzzada beş yaşına qədər 132 min uşaq qida çatışmazlığı təhlükəsi ilə üzləşəcək. IPC 59 səhifəlik hesabatında "dərhal və miqyaslı cavab" tələb edir.

"İstənilən gecikmə aclıqla əlaqəli ölüm hallarının artmasına səbəb olacaq", - hesabatda qeyd olunub.

Öz növbəsində, İsrail hakimiyyəti IPC hesabatının "yalan və qərəzli" olduğunu bildirib. İsrailin COGAT hərbi agentliyi "hesabatın HƏMAS-dan daxil olan səthi və qərəzli məlumatlara əsaslandığını" vurğulayıb.

Seçilən
19
6
operativmm.az

10Mənbələr