Yaxın zamanlarda Füzulidə Türkmənistanın hədiyyəsi olacaq məscidin təməli qoyulacaq.
APA-nın Türkmənistana ezam olunmuş əməkdaşı xəbər verir ki , bunu Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan respublikaları arasında yüksək səviyyəli görüşdən sonra mətbuata bəyanatda Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı deyib ki, bu, Azərbaycana dəstəyin nümunəsi, qardaşlığın təcəssümüdür.