AZ

Mirziyoyev Azərbaycan Prezidentini təbrik edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi avqustun 8-də Vaşinqtonda Ermənistanla “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş”in paraflanması münasibətilə səmimi təbrik edib.

Bakues.az Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ş.Mirziyoyev bunu avqustun 22-də Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla yüksək səviyyəli üçtərəfli görüşdə deyib.

“Görüş zamanı tərəflər ticari-iqtisadi, nəqliyyat-kommunikasiya, enerji və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər”, – məlumatda qeyd olunub.

Seçilən
30
8
icma.az

9Mənbələr