AZ

"Merano-Baku" gəlirləri azalıb - HESABAT

"Merano-Baku" ASC-nin 2025-ci ilin ilk yarısı üzrə maliyyə vəziyyəti açıqlanıb

FED.az xəbər verir ki, ASC-nin  Əsas əməliyyat gəlirləri 13 milyon 90 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 888,2 min manat (6,4%) azalma deməkdir.

Lakin bu gəlir azalması fonunda, şirkət satışın maya dəyərini 9 milyon 399 min manata endirərək 968,2 min manat (9,3%) azaltmağa nail olub.

Maya dəyərindəki qənaət gəlirlərdəki azalmanı üstələdiyi üçün, şirkətin ümumi mənfəəti  80 min manat (2,2%) artımla 3 milyon 692 min manata yüksəlib.

Bundan başqa kommersiya xərcləri  176,0 min manata endirib. İl ərzində 295,3 min manat və ya 62,7% azalma qeydə alınıb.

Bunun tam əksinə olaraq, inzibati xərclər 351,2 min manat (59%) artaraq 946,3 min manata yüksəlib.Sair əməliyyat xərcləri isə 30,5 min manata enərək cüzi (6,8 min manat) azalıb.

Nəticədə şirkətin əməliyyat mənfəəti 2 milyon 539 min manat təşkil edib və illik 30,9 min manat (1,2%) artıb.

Şirkət maliyyə xərclərini də 684,5 min manata endirərək 33,2 min manat (4,6%) azaltmağa nail olub.

Bütün bu amillərin yekununda, şirkətin vergitutmadan əvvəlki mənfəəti 1 milyon 854 min manata bərabər olub ki, bu da illik 64,1 min manat (3,6%) artımdır.

Mənfəətin artması ilə əlaqədar olaraq, ödənilən mənfəət vergisi 370,9 min manat təşkil edib.

Nəticədə, “Merano-Baku” ASC 2025-ci ilin ilk yarısını 1 milyon 483 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünün nəticəsindən 51,2 min manat və ya 3,6% daha çoxdur.

MƏLUMAT YENİLƏNİR...

Seçilən
99
fed.az

1Mənbələr