AZ

Astarada oğul anasını qətlə yetirdi

Astarada oğul anasını qətlə yetirib.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, Astarada dəhşətli qətl hadisəsi baş verib.

Məlumata görə, şəhərin H.Aslanov küçəsi, ev 57-də qeydiyyatda olan 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə ailə münaqişəsi zəminində anası – 1978-ci il təvəllüdlü Məhəbbət Nurəddin qızı Qasımovaya bıçaqla çoxsaylı zərbələr endirib. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Hadisənin qısqanclıq (namus) zəminində baş verdiyi bildirilir. Meyit müayinə olunmaq üçün aidiyyəti qurumlara təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Seçilən
8
5
teleqraf.com

10Mənbələr