AZ

Zelenski Rusiyanı ittiham etdi - müharibəni bitirmək istəmir

Rusiya müharibəni bitirmək istəmir, o, ultimatumlar vermək, müharibənin bitməsini təxirə salmaq istəyir.

Moderator.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 22-də NATO-nun baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında bildirib.

"Rusiya müharibəni bitirmək istəmir. O, ultimatumlar vermək, ultimatumlar sayəsində bu müharibənin bitməsi imkanını təxirə salmaq istəyir", - V.Zelenski bildirib.

O qeyd edib ki, Rusiya tərəfi ABŞ Prezidenti Donald Trampın sanksiyalar tətbiq etməməsi üçün hər şeyi edir.

V.Zelenski, həmçinin ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətinə qoşulmasının vacibliyini vurğulayıb.

17::11

Yaxın vaxtlarda Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin görüşü nəzərdə tutulmur.

Moderator.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin “NBC News” telekanalına bildirib.

"Putin Zelenski ilə sammit gündəliyi hazır olduqda görüşməyə hazırdır, lakin bu gündəlik ümumiyyətlə hazır deyil", - o qeyd edib.

S.Lavrovun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra Ukrayna nizamlanması üzrə bir neçə bənd təklif edib. Onlardan bəziləri üzrə Rusiya müəyyən çeviklik göstərməyə razılaşıb. Ukrayna Prezidenti Vladimir Zelenski təkliflərlə razılaşmayıb.

Seçilən
38
50
moderator.az

10Mənbələr